Vanuatu ilə diplomatik əlaqə yaradılıb

Vanuatu ilə diplomatik əlaqə yaradılıb
  23 Sentyabr 2017    Oxunub:1630
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Vanuatu Respublikasının xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Bruno Leingkone ilə görüş keçirib.
AzVision.az-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycanla Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.

Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub

Görüşdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.

AzVision.az


Teqlər: XİN   Vanuatu  





Xəbər lenti