Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

  23 Sentyabr 2017    Oxunub : 454
Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

Dağıstanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 15:40-da Şəkidən 22 km şimal-şərqdə-Dağıstan ərazisində qeydə alınıb.

Maqnitudası 3,8, dərinliyi isə 9 km olan zəlzələ Şəkidə 3 bala qədər hiss olunub.

AzVision.az

Teqlər: zəlzələ