Məmmədyarov fələstinli həmkarı ilə görüşüb

Məmmədyarov fələstinli həmkarı ilə görüşüb
  23 Sentyabr 2017    Oxunub:1102
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Fələstinin xarici işlər naziri Riyad Əl-Məliki ilə görüşüb.
AzVision.az-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə ayırdığı diqqət və humanitar dəstəyi, Azərbaycanda Fələstin məsələsi üzrə keçirilən beynəlxalq tədbirlər yüksək qiymətləndirilib.

Nazirlər Yaxın Şərqdə mövcud vəziyyət, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: XİN   Fələstin  





Xəbər lenti