Azərbaycan yenidən Gürcüstana helikopter göndərib

Azərbaycan yenidən Gürcüstana helikopter göndərib
  23 Sentyabr 2017    Oxunub:2133
Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

AzVision.az


Teqlər: FHN   İlham-Əliyev   Gürcüstan  





Xəbər lenti