Növbəti mitinq şousu – Bu dəfə də alınmadı (VİDEO)

  23 Sentyabr 2017    Oxunub : 30005
Növbəti mitinq şousu – Bu dəfə də alınmadı (VİDEO)

Bu gün Bakıda özünü Milli Şura adlandıran bir qrup radikal müxalifətçi mitinq keçirdi. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda baş tutan mitinq bundan öncəkilər kimi uğursuz və sönük alındı.

Günlərlə sosial şəbəkələr və media üzərindən təbliğat aparılsa da, mitinqə cəmi 1500-ə yaxın adam gəlmişdi. Bunların da əksəriyyəti radikal dindarların tərəfdarları və mühacir statusu almaq istəyənlər idi.

Saxta profillərdə qaldırılan hay-küyə baxmayaraq, mitinqdə gözlənilən kütləvilik alınmadı. Şablon və iftiralar üzərində qurulan çıxışlar radikalların xalqdan uzaq düşdüyündən, cəmiyyətdən bixəbər olduqlarından xəbər verirdi.

"Məhsul" stadionunda cəbhəçilərn Avropa İttifaqının bayrağının qaldırması da diqqətdən yayınmadı. Bakıda keçirilən mitinqdə niyə Avropa İttifaqının bayrağı qaldırılsın ki?

Bu, əslində onu göstərirdi ki, Milli Şuranın mitinqi birbaşa Qərbdəki Anti-Azərbaycan dairələrinin sifarişi idi.

Avropa İttifaqının ulduzlu bayrağını göylərə qaldıran radikallar Azərbaycan bayrağına açıq-aşkar sayğısızlıq etməkdən çəkinmirdilər. Şanlı bayrağımız ayaqlar altına atıldı, havaya uçuruldu. Baş verənlər sadəcə utancverici idi.

Pafoslu çıxışları ilə insanları qıcıqlandıran bu saxtakarlar öz bayraqlarına sahib çıxa bilmədikləri halda, utanmadan hakimiyyətə gəlməyə can atırlar. Hansı ki, xalq onları illər öncə iqnor edib və kütlə Kərimli və dəstəsini dəstəkləmir.

Mitinqdə diqqətçəkən digər məqam saxta müxalifətçilər idi. Mühacir statusu almaq istəyənlər bu dəfə də mitinq şansını əldən vermədilər. Onlar Avropada "müxalif" olduqlarını sübut etmək üçün mitinqə ancaq fotosessiya etmək üçün gəlmişdilər. Əli Kərimlinin və digərlərinin çıxışları onlar üçün maraqlı deyildi. Bu səbəbdən mitinq başlar-başlamaz “Məhsul”u tərk etməyə başladılar.

Ümumilikdə isə radikalların 23 sentyabr mitinqi təkcə sıravi insanlar tərəfindən deyil, vaxtilə çiyin-çiyinə dayandıqları müxalifət partiyaları tərəfindən də boykot edildi və gözlənildiyi kimi, Əli Kərimlinin növbəti mitinq şousu iflasa uğradı.



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtyar Məmmədov

AzVision.az

Teqlər: #Milli-Şura   #Mitinq   #Karikatura