"Mitinqdə ən biabırçı çıxışı Gültəkin Hacıbəyli etdi"

"Mitinqdə ən biabırçı çıxışı Gültəkin Hacıbəyli etdi"
  24 Sentyabr 2017    Oxunub:12694
Əli Kərimlinin keçirdiyi mitinqlə bağlı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı açıqlama verib.
Onun sözlərinə görə, Əli Kərimlinin mitinqi hal-hazırda Ermənistan mətbuatında geniş yayılmaqdadır:

-Əli Kərimlinin mitinqində gözləndiyi kimi, çox az sayda insan iştirak etdi. Demək olar ki, tum, su, salfetka satanlarla, jurnalist, polis və mülki geyimli şəxslərlə birlikdə 800-1000 nəfər adam iştirak vardı. Mən hər zaman demişəm və bir daha təkrar edirəm, Əli Kərimlinin mitinqinə Azərbaycan ictiamiyyətinin, xalqının ciddi dəstək verəcəyi qeyri-mümkündür. Çünki onun uzun illərdi siyasi fəaliyyətindəki xainlik, dönüklük, satqınlıq və öz şəxsi maraqları üçün hər kəsi qurban verməsini hamı yaşı bilir. Öz sədri Əbülfəz Elçibəyə, tələbə yoldaşlarına, qohumlarına, yaxınlarına xəyanət edən bu adama kim dəstək verər? Bütün günü "Facebook" istifadəçiləri Əli Kərimlinin 1000-1500 nəfərlik mitinqinə lağ edirdilər, gülüş hədəfinə çevirmişdi. Acıq aydın görürür ki, Əli Kərimli bu mitinqi sifarişlə, yəni pulun müqabilində keçirdi. Onun üçün pulun kimin verdiyinin heç bir əhəmiyəyi yoxdur. Londonda təhsil alan övladlarının illik təhsil haqqı 300 000 dollara yaxındır. Bu pulları 24 ildir heç bir yerdə işləməyən Əli Kərimli necə ödəyib və ya necə ödəməlidir?! Bu cür “mitinq layihəsi” keçirtməklə.

Mitinqdə ən biabırçı çıxışı keçmiş millət vəkili Gültəkin Hacıbəyli etdi. Azərbaycan əsgərlərinin əliboş səngərlərdə dayandığını və Azərbaycan dövlətinin orduya aldığı sılah-sursatın sınıq və yararsız olduğunu dedi. Bu, birbaşa dövlət maraqlarının əleyhinə ağ yalan və böhtandır. Gültəkin Hacıbəylinin bu çıxışını da Ermənistan mediası dərhal tirajladı. Bu, erməniyə xidmət deyil, nədir?! Düşünmürəm ki, Hacıbəyli bunu bilməyərəkdən etdi, çünki o uzun illərdi ictimai-siyasi həyatdadır və bir zamanlar indi yanında durduğu Əli Kərimlini təhqir etməklə yaddaşlarda qalıb. İndi, sadəcə, deputat olmadığı üçün cinahını dəyişib.

AzVision.az


Teqlər: BAXCP   Mitinq  





Xəbər lenti