Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Mətbuat Şurası mitinqdə monitorinq aparıb
  24 Sentyabr 2017    Oxunub:1395
Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentyabrın 23-də Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilən icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Mətbuat Şurasından AzVision.az-a verilən məlumata görə, aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin, monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb. Onlara bununla bağlı müvafiq tövsiyələr verilib.

AzVision.az


Teqlər: Mətbuat-Şurası  





Xəbər lenti