Məmmədyarov ABŞ-da şeyx Xalidlə görüşüb

Məmmədyarov ABŞ-da şeyx Xalidlə görüşüb
  24 Sentyabr 2017    Oxunub:1376
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunduğunu qeyd edərək, bu çərçivədə görülən tədbirlər haqqında danışıb. Turizm sahəsində əməkdaşlığın inkişafı, Bəhreyndən və Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının əsaslı dərəcədə artması məmnuniyyətlə qeyd olunub. E. Məmmədyarov həmkarına Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsinin, o cümlədən İslam dininə aid abidələrin talan və məhv edilməsi və münaqişənin həlli ilə bağlı danışıqlar barədə məlumat verib.

Görüşdə tərəflər BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Bəhreyn  





Xəbər lenti