616 ədəd partlamamış hərbi sursat tapılıb

616 ədəd partlamamış hərbi sursat tapılıb
  24 Sentyabr 2017    Oxunub:1241
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, sentyabrın 23-də tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə və dəmir yolu xəttinin kənarına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 616 ədəd partlamamış hərbi sursat (PHS), 93 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 284 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 58 000 kv.m (5.80 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 28 gün ərzində 9 827 ədəd partlamamış hərbi sursat (PHS), 4 038 ədəd partlamış-yanmış sursat qalıqları və 15 294 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 39 089 588 kv.m (3 908.96 ha) ərazi yoxlanılıb

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti