İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb - Mədət Quliyev

İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb - Mədət Quliyev
  24 Sentyabr 2017    Oxunub:8700
"Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanaraq İŞİD-ə qoşulub"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (DTX) Mədət Quliyev deyib.

DTX rəisi bildirib ki, indiyədək 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub. M. Quliyevin sözlərinə görə, onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə Azərbaycan vətəndaşlığından çıxarılıb.

“Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub. Əməkdaşlarımız hazırda İraqdadır. Məlumatın doğru olub-olmadığını araşdırırıq”.

AzVision.az



Teqlər: DTX   Mədət-Quliyev   İŞİD  





Xəbər lenti