Bakıda “Klassik Yoqa Məktəbi”nin açılışı olub

Bakıda “Klassik Yoqa Məktəbi”nin açılışı olub
  25 Sentyabr 2017    Oxunub:5521
Sentyabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub.
Açılış mərasimində DTX-nın rəisi, general-leytenant Mədət Quliyev, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Mədət Quliyev deyib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasət onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərdən biridir. Ölkəmizdə əhalinin sağlamlığı, eləcə də mədəniyyətin, incəsənətin, təhsilin inkişafının cəmiyyətin bütün üzvlərinin gündəlik həyat tərzinə çevrilməsi diqqət mərkəzində saxlanılır. Bu gün burada belə bir məktəbin açılması da sevindirici haldır. Yoqa nə idman, nə də siyasətdir. Bu, sadəcə sağlam həyat tərzidir. Dövlət başçısı əhalinin sağlamlığı üçün əlindən gələni edir. Bu da o istiqamətdə atılan addımlardan biridir. İnanıram ki, yoqa sizə sağlam, xoşbəxt həyat gətirəcək”.

Səfir Sanjay Rana iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayaraq yoqa ilə məşğul olmağın faydalarından danışıb: “Yoqa ilk dəfə Hindistanda tətbiq olunub, daha sonra bütün dünyada yayılıb. Bu sənət ağılla bədən arasında əlaqəni nəzərdə tutur. Yoqa hər hansı dinə məxsus deyil, bununla hər kəs və müxtəlif yaşda məşğul ola bilər”.

Qeyd edək ki, məktəbdə yoqa dərslərini 2009-cu ildə Polşada Beynəlxalq Şivananda Yoqa Vedata Mərkəzində təhsil almış, “Yoqa Şiromani” tituluna və diplomuna sahib olan Elçin Quliyev keçəcək. Dərslər həftənin I, III və V günləri olacaq.

AzVision.az


Teqlər: DTX  





Xəbər lenti