Merkel qalib oldu - Hitler tərəfdarları ilk dəfə parlamentdə (VİDEO)

Merkel qalib oldu - Hitler tərəfdarları ilk dəfə parlamentdə (VİDEO)
  25 Sentyabr 2017    Oxunub:5038
Almaniyada federal məclisə keçirilən seçkilər kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsi ilə başa çatıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, alyans seçkilərdə 32,5 faiz səs toplayıb.

Merkelin əsas rəqibi olan Alman sosial-demokratları isə seçicilərin yalnız 20,5 faizinin dəstəyini qazana bilib.

12,6% səs toplayan “Almaniya üçün alternativ” partiyası 1933-cü ildən sonra ilk dəfə parlamentdə təmsil olunmaq imkanı qazanıb. Bu partiya Hitler ideologiyasının davamçılarından ibarətdir.

Liberal Azad Demokratik partiyası ( 10,7%), Solçular (9,2 %) və “Yaşıllar” (8,9%) beş faizlik bariyeri keçə biliblər.

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Ümumilikdə isə 42 partiya mübarizə aparıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Almaniya   Merkel  





Xəbər lenti