İraq kürdləri müstəqillik referendumu keçirir - (VİDEO)

İraq kürdləri müstəqillik referendumu keçirir  - (VİDEO)
  25 Sentyabr 2017    Oxunub:4316
İraq Kürdüstanı müstəqillik qazanmaq üçün referendum keçirir.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Referendumda 5 milyon 200 min seçicinin iştirak edəcəyi gözlənilir.
Referendumla əlaqədar bölgədə vəziyyət kritik həddədir. İraq hökuməti referendum qərarından imtina etməyən kürd lider Məsud Bərzanidən bütün sərhəd-keçid məntəqələrini və hava limanlarını təslim etməsini tələb edib. Eyni zamanda İran İraq Kürdüstanı ilə hava məkanını bağlayıb.

Qeyd edək ki, hazırda davam edən referendum bütün dünyada diqqətlə izlənilir.



Kənan Məmmədov
AzVision.az


Teqlər: İraq   Kürdüstan   Referendum  





Xəbər lenti