Abşeronda bədbəxt hadisə olub

Abşeronda bədbəxt hadisə olub
  25 Sentyabr 2017    Oxunub:2028
Abşeron sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 23-də saat 10.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Xırdalan şəhər sakini Tərxan Yusifov idarə etdiyi “Toyota Prado” markalı avtomobilini saxlayıb düşdükdən sonra avtomaşın arxaya doğru hərəkət edib.

Nəticədə T. Yusifov nəqliyyat vasitəsi ilə hasar arasında qalıb. Xəstəxanaya yerləşdirilən T. Yusifov orada ölüb.

AzVision.az




Teqlər: DİN  





Xəbər lenti