Ermənistanda zavodda partlayış olub - FOTOLAR (Yenilənib)

Ermənistanda zavodda partlayış olub - FOTOLAR (Yenilənib)
  25 Sentyabr 2017    Oxunub:6329
Bu gün Ermənistanın Kotayk vilayətinin Abovyan şəhərində “SİPAN” qeyri-spirtli içki zavodunda partlayış baş verib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə nəfər yaralanıb, zavod dağılma təhlükəsi ilə üzləşib.

Hadisə yerinə çoxlu sayda xilasetmə qrupu göndərilib. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

***

Son məlumatlara görə, partlayış nəticəsində iki nəfər yaralanıb. 1956-cı il təvəllüdlü Q.B, 1985-ci il təvəllüdlü A.Ğ xəstəxanaya yerləşdirilib.





Alpər Mövlüdoğlu
AzVision.az



Teqlər: Ermənistan   Partlayış  





Xəbər lenti