Bakıda direktor kirayə qalan şagirdləri dərsə buraxmır - SƏBƏB

Bakıda direktor kirayə qalan şagirdləri dərsə buraxmır - SƏBƏB
  25 Sentyabr 2017    Oxunub:12878
Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbin direktoru Fikrət Səlimovun şagirdləri məktəbə buraxmaması haqda məlumat yayılıb. Məlumatda deyilir ki, direktor şagird Məmmədov Əli (3-cü sinif) və Məmmədov Zamiqi (2-ci sinif) artıq 2 həftədir dərsə buraxmır. Direktor buna səbəb kimi valideynə müxtəlif bəhanələr gətirir.
Bakı Şəhər Təhsil İdarəsi AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, valideyn qaydalara uyğun şəkildə ərizə ilə müraciət edərək arayış almalı, sonra isə uşaqların sənədlərini 221 nömrəli məktəbə təqdim etməlidir.

“Valideynin dediyinə görə, bir uşağı əvvəl həmin məktəbdə oxuyub, sonra çıxarıb Bərdəyə aparıb. İndi qeyd edir ki, yenidən bura köçüb və məktəbin yaxınlığında kirayə qalır. İstəyir ki, öncə uşaqlar məktəbdə otursun, sənədləri sonra versin. Bu, qaydalara ziddir. Hazırda həmin uşaqların adı digər məktəbdə şagirdlər siyahısındadır. Ona görə valideyn uşaqları əsassız dərsdən yayındırmamalıdır. Öncə müvafiq qaydalara uyğun olaraq uşaqların bir məktəbdən digərinə köçürülməsini etməlidir ki, övladları dərsdən yayınmasın”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   Məktəb   Dərs  





Xəbər lenti