Azərbaycanda 6 ayda 172 uşaq cinayət törədib

Azərbaycanda 6 ayda 172 uşaq cinayət törədib
  25 Sentyabr 2017    Oxunub:1828
2017-ci ilin birinci yarısında 172 yetkinlik yaşına çatmayan şəxs cinayət törədib.
Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ilin birinci yarısında yetkinlik yaşına çatmayanlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayət işləri ilə bağlı 140 ittiham aktı məhkəməyə göndərilib.

Məhkəməyə göndərilən işlər üzrə təqsirləndirilənlərin sayı 244 nəfərdir ki, bunun da 172 nəfəri yetkinlik yaşına çatmayan şəxsdir.

Yetkinlik yaşına çatmayan şəxslər barədə daha çox oğurluq (108 nəfər), qəsdən sağlamlığa ağır zərbə vurma (10), xuliqanlıq (8), soyğunçuluq (7) cinayətlərində məhkəmə işi başladılıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİN   Cinayət   Uşaq   Statistika  





Xəbər lenti