“Səudiyyə Ərəbistanı Qarabağ məsələsində Azərbaycanın yanındadır”

“Səudiyyə Ərəbistanı Qarabağ məsələsində Azərbaycanın yanındadır”
  25 Sentyabr 2017    Oxunub:2440
Bu gün Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyi Krallığın yaranmasının 85-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Bakıdakı səfirliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlərin iştirak etdiyi tədbir hər iki ölkənin himninin oxunması ilə start götürüb.

Çıxış edən səfir Müsaid İbrahim Əl-Səlim bildirib ki, 1932-ci ilin sentyabrın 23-də ölkə birləşdirilərək indiki adını alıb.

"Bu gün Səudiyyə Ərəbistanı donor ölkələrdən biri olaraq inkişaf etməkdə olan ölkələrə 130 milyard dollardan çox yardım edib. Səudiyyə Ərəbistanı həcc mərasiminin mərkəzidir. Bunun nəticəsində zəvvarların sayı 2,3 milyona çatıb. Səudiyyə Krallığı dost ölkələrə xüsusi önəm verir" - deyən səfir vurğulayıb ki, Azərbaycanla münasibətlər inkişaf etməkdədir.

Səfir qeyd edib ki, prezident İlham Əliyevin Səudiyyə Krallığına səfəri münasibətlərin inkişafına təkan verib.

İqtisadiyyat naziri Şahin Mustafayev də Səudiyyə Ərəbistanını bayram münasibətilə təbrik edib. Bildirib ki, Səudiyyə Krallığı hər zaman Azərbaycana dəstək verib. O cümlədən, Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın yanındadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Səudiyyə-Ərəbistanı   Azərbaycan   Səfirlik  





Xəbər lenti