Referendumun ilkin nəticələri: Kürdlər “HƏ” dedilər

  26 Sentyabr 2017    Oxunub : 2308
Referendumun ilkin nəticələri: Kürdlər “HƏ” dedilər

Bu gün İraqın şimalındakı kürd muxtar bölgəsində keçirilən müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, referendumda seçici fəallığı 78 faiz olub.

Son məlumatlara əsasən, 227 min 858 seçici bülleteni sayılıb.

Bu saata olan nəticələr göstərir ki, kürd seçicilərin 93.7 faizi referenduma “Hə” deyib, cəmi 6.3 faiz isə müstəqilliyə qarşı səs verib.

AzVision.az


Teqlər: İraq   Referendum