"Akif Əlinin cəzalandırılması mənlik deyil" - Abid Şərifov

"Akif Əlinin cəzalandırılması mənlik deyil" - Abid Şərifov
  26 Sentyabr 2017    Oxunub:5394
“Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Ağlıma batmır ki, Akif belə bir söz danışsın”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

"Akif Əlinin cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram”, - deyə baş nazirin müavini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ABŞ-da vəfat edən azərbaycanlı alim Lütfi Zadə haqda xoşagəlməz ifadə işlədib. Daha sonra o fikri ilə bağlı üzr istəyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Akif-Əli   Abid-Şərifov  





Xəbər lenti