Cinayət törədən hərbçilərlə bağlı cəzalar dəyişdirilir

Cinayət törədən hərbçilərlə bağlı cəzalar dəyişdirilir
  26 Sentyabr 2017    Oxunub:2042
Azərbaycan Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) dəyişikliklər edilir.
AzVision.az xəbər verir ki, 50.1-ci maddəyə edilən dəyişikliyə görə, hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.

50.2-ci maddəyə edilən dəyişikliyə görə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

Həmçinin Məcəlləyə yeni 50.4-cü maddəsi əlavə edilir. Yeni maddəyə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cinayət-Məcəlləsi  





Xəbər lenti