Həbsdə olan hamilə qadınlarla bağlı dəyişiklik

Həbsdə olan hamilə qadınlarla bağlı dəyişiklik
  26 Sentyabr 2017    Oxunub:1659
Azərbaycan Cinayət Məcəlləsinin 79-cu maddəsində (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) dəyişikliklər edilir.
AzVision.az-ın məlumatına görə, bununla bağlı layihə Milli Məclisə daxil olub.

Dəyişikliyə əsasən, 79.4 maddə aşağıdakı redaksiyada verilir: Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

Həmçinin Məcəlləyə 79.5-ci maddə əlavə edilir: Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və y xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cinayət-Məcəlləsi  





Xəbər lenti