Türkiyənin müdafiə naziri Azərbaycana gəlir

Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
  26 Sentyabr 2017    Oxunub:3087
Sentyabrın 27-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub. Səfər sentyabrın 29-dək davam edəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə  





Xəbər lenti