İndoneziya Prezidentinin xüsusi elçisi Masallı ASAN-da - Fotolar

İndoneziya Prezidentinin xüsusi elçisi Masallı ASAN-da - Fotolar
  26 Sentyabr 2017    Oxunub:3933
İndoneziya Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində sentyabrın 26-da Masallı şəhərindəki “ASAN həyat” kompleksində olub.
Səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi olan “ASAN xidmət”in təcrübəsini öyrənmək və bu təcrübəni İndoneziyada tətbiq etmək məqsədi ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. Nümayəndə heyəti səfər çərçivəsində Masallı şəhərindəki “ASAN həyat” kompleksinin ərazisində fəaliyyət göstərən “ABAD mərkəz”, “Brend dükanı”, “ASAN İntellektual Mərkəzi” və “ASAN mərkəz”lə yaxından tanış olub.



Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Bildirilib ki, bu günədək 17 milyondan çox vətəndaş müraciətinin qeydə alındığı “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Masallıdakı “ASAN həyat” kompleksində yaradılan şərait və iş prinsipləri ilə tanış olan indoneziyalı qonaqlar burada çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.



AzVision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti