Metrodakı partlayışın səbəbi məlum oldu

Metrodakı partlayışın səbəbi məlum oldu
  26 Sentyabr 2017    Oxunub:1700
London metrosunun "Tower Hill" stansiyasında qatar vaqonunda kiçik partlayışa mobil telefonun enerji qurğusunun qızaraq alışması səbəb olub.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Britaniya nəqliyyat polisinin "Twitter" səhifəsində mlumat yerləşdirilib.

İnsident nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilib.

Xatırladaq ki, sentyabrın 26-da London metrosunda baş verən partlayış sərnişinlər arasında təşviş doğurub və insanlar stansiyadan təxliyə edilib.

AzVision.az


Teqlər: London  





Xəbər lenti