ATV-də kimlər işdən çıxarılacaq? - Yeni rəhbər iclas çağırdı

ATV-də kimlər işdən çıxarılacaq? - Yeni rəhbər iclas çağırdı
  27 Sentyabr 2017    Oxunub:13524
Bu gün ATV telekanalında şirkətin yeni rəhbəri Azər Xəlilov tərəfindən iclas keçiriləcək.
AzVision.az-ın məlumatına görə, iclas kollektivlə tanışlıq məqsədi daşıyır.

Telekanalda kimlərin işdə qalıb-qalmayacağı iclasdan sonra məlum olacaq. Məlumata görə, A.Xəlilovun şərtləri ilə razılaşmayan aparıcılar ATV ilə yollarını ayıracaqlar. Bundan əlavə bir sıra verilişlərin formatının dəyişdiriləcəyi, yeni simaların ATV-yə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ATV  





Xəbər lenti