General: Ermənistanın “Smerç” reaktiv sistemləri köhnəlib

General: Ermənistanın “Smerç” reaktiv sistemləri köhnəlib
  27 Sentyabr 2017    Oxunub:7280
Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sistemləri köhnəlib.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumata münasibət bildirən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. Onun sözlərinə görə, bu silahlar Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür.

Onun sözlərinə görə, nəzərə alsaq ki, “İskəndər” əməliyyat-taktiki raket kompleksi Ermənistan silahlı qüvvələrinin balansında deyil, “Smerç” YARS onların ordusunun silahlanmasında olan “ən güclü” raket sistemidir.

“Lakin unutmaq lazım deyil ki, bu raket sistemləri Sovet döründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Mülki vətəndaşlar bilməsələr də, peşəkar hərbçilər yaxşı bilirlər ki, 30 il əvvəl, istehsal olunan və illərlə anbarlarda saxlanılan silahın bu gün uğurlu tətbiqi böyük şübhə altındadır. Böyük ehtimalla, Ermənistanın “Smerç” YARS-dan atışlar keçirməsi də məhz onların istifadəyə yaralı olub-olmamasının yoxlanılması ilə əlaqədardır.

Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun silahlanmasında olan və daim yenilənən ən müasir raket sistemləri və digər silah növləri dəqiqliyinə və dağıdıcı gücünə görə dünyanın ən qabaqcıl ordularının silahları ilə müqayisə oluna bilər”.

AzVision.az


Teqlər: Ermənistan   Smerç   Aydəmirov  





Xəbər lenti