Prezident onlara medal və fəxri adlar verdi - Siyahı

Prezident onlara medal və fəxri adlar verdi - Siyahı
  27 Sentyabr 2017    Oxunub:3513
Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamla Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abasova Aygün Elşad qızı
Səlimov Yalçın Ramiz oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Ağayeva Püstə Tofiq qızı
Məlikova Təranə Nadir qızı
Zeynalova Rəma Mais qızı.

Bundan başqa Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar rəssam”

Bəşirov Taryer Ağaveyis oğlu

“Əməkdar mədəniyyət işçisi”

Şirəliyeva Asya Əlimövsüm qızı.

“Əməkdar mədəniyyət işçisi” fəxri adı

Əfəndiyev Toğrul Rasim oğlu
Əsədova Xədicə Vəli qızı
Həbibova Sevda Nürəddin qızı
Məlikova Əminə Zakir qızı
Nuriyeva Mehriban Qulam qızı.

Həmçinin İlham Əliyev Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə Təranə Qulam-Rza qızı İsgəndərovanın “Tərəqqi” medalı ilə təltif olunması haqqında da sərəncam imzalayıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti