Səhiyyə naziri belarusiyalı həmkarı ilə görüşüb

Səhiyyə naziri belarusiyalı həmkarı ilə görüşüb
  27 Sentyabr 2017    Oxunub:1562
Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə rəsmi səfərdə olan Belarusiya Respublikasının səhiyyə naziri Valeriy Malaşko və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurla inkişaf etdirilməsi vurğulanıb. Görüş zamanı səhiyyə sahəsində ikitərəfli müqavilələrin icrası, kadr hazırlığı məsələləri, tələbələrin təcrübə kurslarına göndərilməsi və s. məsələlər geniş müzakirə olunub.

Ölkəmizin səhiyyə naziri əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu, son illər səhiyyə və tibb elmi sahəsində görülən işlər, əldə edilən uğurlar barədə qonağa məlumat verib.

AzVision.az


Teqlər: Səhiyyə-naziri  





Xəbər lenti