Bakıda 1000-dək uşaq fərdi təhsilə cəlb olunub

Bakıda 1000-dək uşaq fərdi təhsilə cəlb olunub
  28 Sentyabr 2017    Oxunub:1957
2017-2018-ci tədris ili üzrə Bakı şəhərində 8 yaşdan yuxarı fərdi təhsilə cəlb edilən uşaqların sayı 1000 nəfərə yaxındır.
AzVision.az-ın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, müxtəlif səbəblərə görə təhsildən yayınan uşaqlar var:

"Bu uşaqların təhsilə cəlb olunmasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi özü də maraqlıdır. Yaşı ötmüş olsa belə valideynlər idarəyə müraciət etdikdə biz o uşaqların təhsilə cəlb olunması istiqamətində lazımı dəstəyi göstəririk".

BŞTİ-nin müdiri uşaqların təhsildən yayınmasına ailə zəminində baş verən problemlərin, uşaqların sağlamlığında yaranan xəstəliklərin səbəb olduğunu qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞTİ  





Xəbər lenti