Bakı məktəbləri pullu olmayacaq

Bakı məktəbləri pullu olmayacaq
  28 Sentyabr 2017    Oxunub:4712
Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) məktəblərin adambaşına maliyyələşməsi məsələsinə aydınlıq gətirib.
BŞTİ-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunub:

“Ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq.

Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni, daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün BŞTİ-nin direktoru Məhəbbət Vəliyeva 2020-ci ilə qədər məktəblərin adambaşına maliyyələşmə mexanizminə keçəcəyi ilə bağlı açıqlama verib.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞİT  





Xəbər lenti