İnklüziv təhsil ləğv edilir? - Rəsmi açıqlama
İddia olunur ki, bu məktəblərdə inklüziv təhsil layihə əsasında həyata keçirilib. Məlumata görə, layihə artıq başa çatıb və uşaqlar üçün ayrılan assistentlərə Təhsil Nazirliyi tərəfindən maaş ayrılmır.
“Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə 2005-2009-cu illər ərzində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş İnkişaf Proqramı çərçivəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbdə (246, 153, 222, 150 ,191, Məktəb-Lisey Kompleksi) hazırda sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır. Bu uşaqların təhsilə uğurlu inteqrasiyasını təmin etmək üçün məktəblərdə müəllim və müəllim köməkçiləri fəaliyyət göstərir. MLK-da inklüziv təhsilin bağlanması barədə heç bir tapşırıq verilməyib”.
Qurumdan, həmçinin bildirlib ki, hazırda inklüziv təhsilin prespektiv imkanlarının arıtırılması və təkmilləşdirilməsi ilə bağlı Bakı şəhərində inklüziv təhsilin vəziyyəti öyrənilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: BŞTİ