İŞİD-dən xilas edilən Abdullanın qohumları tapılıb

İŞİD-dən xilas edilən Abdullanın qohumları tapılıb
  29 Sentyabr 2017    Oxunub:3290
İraqda İŞİD terrorçu qruplaşmasından xilas edilən azərbaycanlı uşaqların ölkəyə gətirilməsi üçün sənədləşmə işləri aparılır.

Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN rəsmisi bildirib ki, hazırda Azərbaycanın İraqdakı səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi təmasları davam edir.

H.Hacıyevin sözlərinə görə, İŞİD-dən xilas edilən azyaşlı Abdullanın babası və digər qohumları tapılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN  





Xəbər lenti