“ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - XİN

“ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - XİN
  29 Sentyabr 2017    Oxunub:1802
"ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir".
AzVision.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın Miçiqan ştatının senatının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanımasına dair qətnamə qəbul etməsi barədə xəbərə münasibət bildirərkən deyib.

H. Hacıyev bildirib ki, ABŞ-ın bu mövqeyi bir daha 22 sentyabr tarixində BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM Xarici İşlər Nazirləri Şurası və ABŞ arasında keçirilmiş görüşdə qəbul edilmiş yekun bəyanatda öz təsdiqini tapıb.

"Bəyanatda ABŞ-ın Helsinki Yekun Aktına uyğun olaraq GUAM üzv dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha bəyan edilir. Həmçinin, GUAM-a üzv dövlətlərinin məruz qaldığı gücdən istifadə təhdidinə münasibətdə narahatlıq ifadə olunur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar yolu ilə həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ermənistan, ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan bəzi şəxslər özlərini gülünc vəziyyətinə qoyan bu kimi lüzumsuz fəaliyyətlə məşğul olurlar".

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: XİN   ABŞ  





Xəbər lenti