Ramiz Mehdiyev Patruşevlə regional təhlükəsizliyi müzakirə edib

Ramiz Mehdiyev Patruşevlə regional təhlükəsizliyi müzakirə edib
  29 Sentyabr 2017    Oxunub:3661
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfərə gəlib. AzVision.az Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.
Görüşdə tərəflər regional təhlükəsizlik, dini ekstremizm və terrorizmlə mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediblər.

Məsləhətləşmələrin yekununda N.Patruşov bildirib ki, Rusiya və Azərbaycan arasındakı əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli gündəmdə strateji tərəfdaşlığın qabaqcıl xarakteri ilə seçilir.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev isə bildirib ki, bəzi ölkələr informasiya sahəsində dünyaya öz maraqlarına uyğun oyun qaydalarını yeritməyə çalışır: “Bu üzdən də dünya birliyinin səylərini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində münaqişələrin qarşısının alınmasına, digər ölkələrin daxili işlərinə qarışmamasına yönəltmək lazımdır”.



AzVision.az



Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti