294 prokurorluq əməkdaşının iş yeri dəyişdirilib

294 prokurorluq əməkdaşının iş yeri dəyişdirilib
  30 Sentyabr 2017    Oxunub:3357
"Ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilib, onlardan xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib".
AzVision.az-ın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildiirb.

Baş prokuror qeyd edib ki, 156 nəfər eyni təsnifatda olan vəzifələrə, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələrə təyin olunub: "Bu müddət ərzində xidməti qaydada həvəsləndirilən 144 prokurorluq işçisindən 5 nəfəri “Prokurorluğun fəxri işçisi” döş nişanına layiq görülüb, 63 nəfər fəxri fərmanla təltif edilib, 31 nəfərə mükafatlandırma qaydasında rütbə, 1 nəfərə pul mükafatı verilib, 2 nəfərin intizam tənbehi üzərindən götürülüb, 42 nəfərə isə təşəkkür elan edilib".

Z.Qaralovun sözlərinə görə, ötən bir il ərzində prokurorluq orqanlarının 59 işçisi intizam məsuliyyətinə cəlb edilib: "Onlardan 40 nəfərə töhmət və şiddətli töhmət verilib, 3 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 4 nəfər prokurorluq orqanlarından xaric olunub, 4 nəfərə isə irad tutulub".

AzVision.az



Teqlər: Zakir-Qaralov   Baş-Prokurorluq  





Xəbər lenti