Zakir Qaralov: “Onların Qarabağa səfəri Türkiyə dövlətinin mövqeyi deyil”

Zakir Qaralov: “Onların Qarabağa səfəri Türkiyə dövlətinin mövqeyi deyil”
  30 Sentyabr 2017    Oxunub:2693
“Təəssüflər olsun ki, bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfər edib”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
O, qeyd edib k, bununla bağlı Baş Prokurorluq məlumat alandan sonra həmin şəxslər barəsində cinayət işi açılıb: "Barələrində beynəlxalq axtarış elan olunub. Onların səfəri Türkiyə dövlətinin mövqeyi deyil. Onlar ermənipərəst mövqeyi ilə tanınan şəxslərdir və PKK-nı dəstəkləyir, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edirlər. Kimliyindən asılı olmayaraq, Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başladacağıq və onları bütün ölkələrdə izləyəcəyik".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Baş-Prokurorluq   Zakir-Qaralov  





Xəbər lenti