Azərbaycanda məhkəmə hakimi vəfat edib

Azərbaycanda məhkəmə hakimi vəfat edib
  30 Sentyabr 2017    Oxunub:3279
Bakı Apellyasiya Məhkəməsinin hakimi, məhkəmənin Mülki kollegiyanın sədri vəzifəsini icra edən Mehti Əsədov dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, o, 56 yaşında vəfat edib.

Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1986-1990-cı illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, 1990-2000-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2000-2007-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi, 2007-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi işləyib.

2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsini tuturdu.

AzVision.az


Teqlər: Hakim  





Xəbər lenti