Zakir Qaralov: “Müxalifət xarici havadarlarından pul alıb Azərbaycana gətirmək istəyir”

Zakir Qaralov: “Müxalifət xarici havadarlarından pul alıb Azərbaycana gətirmək istəyir”
  30 Sentyabr 2017    Oxunub:8369
"Turan" İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur".

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
O bildirib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyini pozmamalıdır: "Biz dəfələrlə bəyan etmişik ki, özlərini müxalifət adlandıran Qeyri-Hökumət Təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, Qeyri-Hökumət Təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən, həmin pulu digər ölkələrdə əldə edərək Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq".

AzVision.az


Teqlər: Zakir-Qaralov  





Xəbər lenti