“Azəravtoyol” dünənki tıxacla bağlı ittihamları qəbul etmir

“Azəravtoyol” dünənki tıxacla bağlı ittihamları qəbul etmir
  30 Sentyabr 2017    Oxunub:5826
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) ötən gün axşam saatlarında paytaxtın girişində müşahidə olunan tıxacla bağlı ittihamlara münasibət bildirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, sakinlərn saatlarla yolda qalması aparılan təmir işləri ilə əlaqədar deyil.

“Təmir işləri Sulutəpə dairəsindən yuxarıda, Biləcəriyə gedən yolda aparılır. Artıq yekunlaşmaq üzrədir. Yolun asfalt örtüyü dəyişdirilir. Hətta təmir maşınları da tıxacda qaldığından iş yerinə vaxtında gedib çata bilməyiblər. Əməkdaşlarımız yağışın kəsildiyi anı gözləyirdilər ki, işə başlasınlar. Ancaq inanmıram ki, problem təmirlə bağlı olsun. Çünki Bakı-Sumqayıt və Bakı-Şamaxı yolunda hər hansısa təmir-tikinti işləri aparılmayıb. Tıxacın yaranması da sırf qeyd edilən məsələ ilə bağlı deyil”.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının bir sıra küçə və prospektlərində böyük tıxaclar yaranıb. "20 Yanvar" dairəsindən Xırdalan istiqamətinədək olan yolda avtomobillər bir saatdan çox hərəkətsiz vəziyyətdə qalıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Azəravtoyol   Tıxac  





Xəbər lenti