Prezident Çin liderini təbrik edib
Biz Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasındakı siyasi təmasların yüksək səviyyəsi, iqtisadi sahədə qarşılıqlı surətdə faydalı əməkdaşlığımız, daim genişlənən humanitar, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərimizin səciyyəvi cəhətlərindəndir.
İnanıram ki, ölkələrimizi birləşdirən dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli müstəvidə qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm".
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Təbrik