Baş pediatr: "Süni qidaların reklamı dayandırılmalıdır"

Baş pediatr: "Süni qidaların reklamı dayandırılmalıdır"
  02 Oktyabr 2017    Oxunub:2160
"Ana südünü əvəz etmək istəyənlər süni qidanın əsassız reklamının yayılmasını dayandırmalıdır".
AzVision.az xəbər verir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev ET Pediatriya İnstitutunda (OMD) Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: "Ona görə süni qidaların əsassız şəkildə reklamlarından uzaq olmaq lazımdır".

N.Quliyev qeyd edib ki, körpələrin təbii ana südü ilə qidalanmasını təmin etmək əsas məqsədlərdən biridir: "Ölkədə ana südü ilə qidalanma göstəricisi 1992-ci ildə 1 yaşa qədər olan körpələr arasında 25 faiz təşkil edirdisə, hazırda bu rəqəm 50 faizdir. Bu rəqəm bölgələrdə 50 faizdən yuxarıdır. Bu gün qeyd olunan göstəricinin ilk 6 ay ərzində bir az da olsa artırmaq niyyətindəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Baş-Pediatr  





Xəbər lenti