Vahid Əhmədov bank rəhbərlərini görüşə çağırdı

Vahid Əhmədov bank rəhbərlərini görüşə çağırdı
  02 Oktyabr 2017    Oxunub:1555
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov banklarla bağlı təklif irəli sürüb.
AzVision.az xəbər verir ki, deputatın sözlərinə görə, ölkəmizdə problemli kreditlər artıb:

“Bu, Azərbaycanın maliyyə bazarı üçün ciddi prosesdir. Bank sistemində problemlər iqtisadiyyatı əngəlləyir. Bank rəhbərləri ilə Milli Məclisdə görüş keçirilməsini təklif edirəm. Müəyyən təkliflərimiz var ki, biz onları bank rəhbərləri ilə müzakirə etməliyik. Bu məsələləri gündəliyə gətirib, müzakirə etməyə ehtiyac var. Faizlər yüksəkdir. İnsanlar kreditləri qaytara bilmirlər".

V.Əhmədov, həmçinin “Təhsil kreditləri haqqında” qanun layihəsinin payız sessiyasının gündəliyinə salınmasını təklif edib.

“Bundan başqa, təhsil kreditləri ilə bağlı çoxlu müraciətlər var. Ali məktəblərə qəbul olanlar təhsillərini davam etdirə bilmirlər. Bununla bağlı qanun layihəsi vermişik. Təəssüf ki, bu qanun layihəsi gündəliyə salınmır. Təhsil kreditləri ilə bağlı qanun layihəsinin də gündəliyə salnmasını təklif edirəm."

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti