Səfir etimadnaməsini prezidentə təqdim edib

Səfir etimadnaməsini prezidentə təqdim edib
  03 Oktyabr 2017    Oxunub:1308
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Respublikasının Prezidenti Orasio Kartesə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Paraqvay Prezidentinə çatdırıb.

Prezident O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə diplomat Prezident O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident O.Kartes səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

AzVision.az


Teqlər: Azərbaycan   Paraqvay  





Xəbər lenti