Ukraynalı nazir Bakıda danışıqlar aparır

Ukraynalı nazir Bakıda danışıqlar aparır
  03 Oktyabr 2017    Oxunub:1277
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ukraynalı həmkarı Pavlo Klimkin arasında ikitərəfli görüşü başlayıb.
AzVision.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı məsələləri ilə bağlı müzakirələr aparılır.

Bundan əlavə nazirlərin iştirakı ilə geniştərkibli görüş keçiriləcək. Görüşlərdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Məmmədyarov   Ukrayna  





Xəbər lenti