Şamaxıda əcnəbilərin başına iş gəldi - FHN onları axtarır

Şamaxıda əcnəbilərin başına iş gəldi - FHN onları axtarır
  03 Oktyabr 2017    Oxunub:5882
Bu gün 06:48 radələrində ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli "Nissan Patrol" markalı avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
ARDDA-nın Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 zəng mərkəzinə ötürülüb.

Hal-hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

AzVision.az




Teqlər: FHN   ARDDA  





Xəbər lenti