XİN: Ukrayna və Azərbaycan bir-birini dəstəkləyir

XİN: Ukrayna və Azərbaycan bir-birini dəstəkləyir
  03 Oktyabr 2017    Oxunub:1515
Ukraynanın paytaxtı Kiyevdə Müslüm Maqomayevin 75 illiyi münasibəti ilə heykəlin açılış mərasimi olacaq.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Pavlo Klimki ilə keçirdiyi mətbuat konfransıda deyib.

"Görüşdə Azərbaycan-Ukrayna diplomatik əlaqələrlərinin 25 illiyi müzakirə edilib. Bundan əlavə siyasi, iqtisadi, nəqliyyat sahələrini müzakirə etdik. Azərbaycan və Ukrayna beynəlxalq, həmçinin regional məsələlərdə bir-birini dəstəkləyir. Bu özünü xüsusilə ərazi bütövlüyü məsələsində daha qabarıq göstərir. Müzakirələr zamanı iqtisadi əlaqələrə xüsusi diqqət ayrılıb. Gələn il Azərbaycan-Ukrayna arasında müştərək komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldik"- Məmmədyarov bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Məmmədyarov  





Xəbər lenti