Həmsədrlər Bakıya prezidentlərin görüşünə görə gəlirlər - Məmmədyarov

Həmsədrlər Bakıya prezidentlərin görüşünə görə gəlirlər - Məmmədyarov
  03 Oktyabr 2017    Oxunub:2161
ATƏT-in Minsk qrupunun həmsədrləri cümə günü İrəvana, şənbə günü isə Bakıya səfər edəcəklər.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlər regiona prezidentlərə görüş təklif etmək üçün gəlirlər.
"Həmsədrlərin bəyan etdiyi kimi biz görüşlərin substantiv və nəticəli olmasını istəyirik. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danışıqlar keçirək və məsələni yerindən tərpədək"- Məmmədyarov deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti