Spiker ukraynalı nazirlə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayıb. Parlamentlər səviyyəsində də əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Bu, təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini və bunun daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. İqtisadi əməkdaşlığa toxunan nazir ölkəsinin Azərbaycan ilə əlaqələrinin daha da inkişafında maraqlı olduğunu qeyd edib. O bildirib ki, ölkələrarası əməkdaşlığı bundan sonra da genişləndirmək və qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün yaxşı potensial var.
AzVision.az
Teqlər: Ukrayna Azərbaycan