“ASAN xidmət” İndoneziya mətbuatında

“ASAN xidmət” İndoneziya mətbuatında
  04 Oktyabr 2017    Oxunub:1256
ndoneziya “ASAN xidmət” təcrübəsi əsasında inteqrasiya olunmuş dövlət xidmətləri göstərən vahid mərkəz açmağa hazırlaşır.
ASAN-dan AzVision.az-a verilən məlumata görə, bu barədə İndoneziyanın nüfuzlu mətbu orqanında qeyd olunub.

Məqalədə ötən həftə İndoneziya prezidentinin xüsusi elçisi, eyni zamanda İndoneziyanın İnzibati və Bürokratik İslahatlar nazirinin müavininin başçılıq etdikləri nümayəndə heyətlərinin Azərbaycana səfəri, “ASAN xidmət” modeli ilə yaxından tanış olmaları barədə geniş məlumat yer alıb. “ASAN xidmət”in uğurları, 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi xüsusi vurğulanıb.

Bildirilib ki, Azərbaycanda inteqrasiya olunmuş dövlət xidmətləri göstərən mərkəz vahid məkanda vətəndaşa 400-ə yaxın xidmət təqdim edir. İndoneziyanın Banyuwangi əyaləti də bunu həyata keçirmək istəyir, bunun üçün də bu istiqamətdə fəaliyyətini təkmilləşdirir.

Dünya standartlarına cavab verən bu cür mərkəzlərin fəaliyyəti barədə məlumat verilir ki, bu mərkəzlərdə müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə operativ və rahat formada xidmət göstərilir, bu da öz növbəsində şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.

Qeyd edək ki, cari ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AzVision.az


Teqlər: ASAN-Xidmət   İndoneziya  





Xəbər lenti